Ağdərə rayonu Talış, Goranboy rayonu Tapqaraqoyunlu kəndləri istiqamətində yanğınların söndürülməsi işləri davam etdirilir. SİA-nın verdiyi xəbərə görə, səhər saatlarında başlayan yanğınlar küləyin təsiri ilə geniş əraziyə yayılıb.
Hadisə yerinə FHN-in yanğınsöndürən briqadaları ilə yanaşı, helikopterlər də cəlb olunub.
Helikopterlər yanğını söndürmək üçün suyu yaxınlıqdakı Suqovuşan su anbarında götürürlər.