Göygöldə avtomobil ağaca çırpılıb, sürücü xəsarət alıb

26 İyul 2025 09:50 (UTC+04:00)

Göygöl rayonunda yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, qəza Göygöl–Toğanalı–Kəlbəcər avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan minik avtomobili idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.

Hadisə nəticəsində 2003-cü il təvəllüdlü N. Bayramov müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.