Tramp: HƏMAS razılaşma istəmir

25 İyul 2025 19:11 (UTC+04:00)

HƏMAS İsraillə atəşkəs və girovların azad edilməsi barədə razılaşma əldə etmək istəmir.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

“Düşünürəm ki, onlar ölmək istəyirlər və bu, çox pisdir”, - deyə o əlavə edib. Donald Tramp bildirib ki, çox az sayda girov qaldığından HƏMAS-ın əlində heç bir təsir vasitəsi yoxdur.