"Sumqayıt"ın yoxlama görüşlərindəki rəqibləri bəlli olub

25 İyul 2025 10:57 (UTC+04:00)

"Sumqayıt"ın Qəbələ toplanışı zamanı keçirəcəyi yoxlama görüşlərindəki rəqibləri bəlli olub. Bu barədə SİA-ya klubun mətbuat xidmətindən məlumat verilib.

Sumqayıt təmsilçisi iyulun 27-də və avqustun 7-də "Qəbələ", iyulun 31-də "Kəpəz", avqustun 3-də isə "Şamaxı" ilə qarşılaşacaq.

Oyunların başlama saatı hələ müəyyənləşməyib.