Lerikdə biçilmiş taxıl sahəsi yanır

24 İyul 2025 15:10 (UTC+04:00)

Lerik rayonunda biçilmiş taxıl sahəsində yanğın baş verib. SİA xəbər verir ki, hadisə rayonun Tikəband kəndi istiqamətində qeydə alınıb. Yanğın biçilmiş taxıl sahəsindən ərazidəki kol-kos sahəsinə də keçib.

Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.