"Səbail" növbəti transferini reallaşdırıb

24 İyul 2025 14:58 (UTC+04:00)

Azərbaycanın I Liqa təmsilçisi “Səbail” növbəti transferini reallaşdırıb. Bu barədə SİA-ya klubun mətbuat xidmətindən məlumat verilib.

Ötən mövsümü “Karvan”da keçirmiş Emil Qasımovla "1+1" illik müqavilə imzalanıb.

Qeyd edək ki, 25 yaşlı hücumçu ötən mövsüm I Liqada 15 qolla ən məhsuldar ikinici futbolçu olub.