Tələbələr üçün Prezident təqaüdünün məbləği artırılıb

24 İyul 2025 14:12 (UTC+04:00)

Ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləği artırılıb. SİA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla həmin məbləq sentyabrın 1-dən 350 manat müəyyən edilib.

Qeyd edək ki, bundan əvvəl Prezident təqaüdünün məbləği 275 manat təşkil edib.