Sərsəng su anbarının ətrafında turizm infrastrukturu yaradılacaq

24 İyul 2025 10:12 (UTC+04:00)

Ağdərə rayonundakı Sərsəng su anbarının ətrafında turizm infrastrukturu yaradılacaq. SİA bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.

Məlumata görə, bu məqsədlə layihə-smeta sənədlərinin hazırlanmasına start verilib. Bu işləri "Apex Group" həyata keçirəcək.