Şəkidə boğazında tıxanma yaranan 3 aylıq körpə ölüb

24 İyul 2025 10:11 (UTC+04:00)

Şəkidə boğazında tıxanma yaranan 3 aylıq körpə ölüb. SİA-nın məlumatına görə, hadisə rayonun Cumakənd kəndində qeydə alınıb.

3 aylıq körpə A.Abbasov qusma nəticəsində boğazında yaranan tıxanma səbəbindən yaşadığı ünvanda ölüb.

Məlumata görə, valideynləri körpəni Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırsalar da artıq gec olub.

Faktla bağlı araşdırma aparılır.