Bakıda yeni avtobus parkı tikiləcək

24 İyul 2025 09:55 (UTC+04:00)

Bakının Xəzər rayonunun Buzovna qəsəbəsində - Albalılıq adlanan ərazidə yeni avtobus parkı tikiləcək. SİA bu barədə "BakuBus" MMC-yə istinadən xəbər verir.

Məlumata görə, tikinti işlərinə 12,9 milyon manat xərclənəcək.