Bakı–Qazax yolunda mikroavtobusla yük maşını toqquşub...

23 İyul 2025 20:18 (UTC+04:00)

Ucarda mikroavtobusla yük maşını toqquşub.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, hadisə Bakı–Qazax avtomobil yolunun Ucar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan mikroavtobusla yük maşınının toqquşması nəticəsində 10 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar dərhal Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onlara zəruri tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.