Füzulidə açıq sahədə yanğın baş verib

23 İyul 2025 17:48 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Füzuli rayonu, Yuxarı Yağlıvənd kəndi yaxınlığında dağlıq ərazidə açıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.

SİA-nın məlumata görə, nazirliyin mətbuat xidmətindən bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Aviasiya dəstəsinin helikopteri və Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.