Azərbaycan taekvondoçusu Avropa Gənclər Yay Olimpiya Festivalında erməni rəqibinə qalib gəlib

23 İyul 2025 17:09 (UTC+04:00)

Azərbaycan taekvondoçusu Mehdi Budaqlı XVIII Avropa Gənclər Yay Olimpiya Festivalında ermənistanlı rəqibinə qalib gəlib. Bu barədə SİA-ya Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

48 kq çəki dərəcəsində mübarizə aparan dünya və Avropa çempionu ilk mərhələdə rəqib görüşə çıxmadığına görə qalib elan edilib. Təmsilçimiz 1/16 finalda isə ermənistanlı Sergey Davtyana qalib gələrək növbəti mərhələyə vəsiqə qazanıb.

Mehdu Budaqlının 1/8 finaldakı rəqibi türkiyəli Altuq Keske olacaq.