Azərbaycan klubunun Avropa Kubokunda rəqibi müəyyənləşib

23 İyul 2025 14:42 (UTC+04:00)

"Abşeron Lions" basketbol klubunun Avropa Kubokunun ilk təsnifat mərhələsindəki rəqibi müəyyənləşib. SİA xəbər verir ki, Almaniyanın paytaxtı Münhendə müntəzəm mövsümün püşkatma mərasimi keçirilib.

Püşkün nəticəsinə əsasən, Abşeron təmsilçisi Kiprin "Anortosis" klubu ilə qarşlaşacaq.

Qeyd edək ki, "Abşeron Lions" 2024/2025 mövsümündə Azərbaycan Basketbol Liqasında dördüncü olub.