Mərdəkanda dənizdə batan 18 yaşlı oğlanın meyiti tapılıb

23 İyul 2025 13:05 (UTC+04:00)

Mərdəkanda dənizdə batan 18 yaşlı oğlanın meyiti tapılıb. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal axtarışlara başlanılıb.

Axtarışlar nəticəsində dənizdə batmış 2007-ci il təvəllüdlü İsmayılov Məhəmməd Oruc oğlunun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.