"Sumqayıt"la "İmişli" bu gün yoxlama matçında münasibətlərini aydınlaşdıracaqlar

23 İyul 2025 13:03 (UTC+04:00)

Azərbaycan Premyer Liqası təmsilçiləri "Sumqayıt"la "İmişli" bu gün yoxlama matçında münasibətlərini aydınlaşdıracaqlar. SİA Sumqayıt klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, görüş Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.

Qarşılaşmaya saat 18:30-da start veriləcək.