Əfqanıstanda kömür mədəninin çökməsi nəticəsində 6 işçi həlak olub

23 İyul 2025 11:58 (UTC+04:00)

Əfqanıstanın şimalındakı Baqlan əyalətində kömür mədəni çöküb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 6 işçi həlak olub, 12 nəfər yaralanıb.

Əfqanıstan hökumətinə bağlı olan Bəxtar xəbər agentliyinin məlumatına görə, dünən əyalətdəki Karkar Kömür Mədənində çökmə baş verib.

Uçqun nəticəsində 6 işçi həlak olub, 12 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb.