"Kəpəz"lə "Sumqayıt" yoxlama matçında üz-üzə gələcəklər

23 İyul 2025 11:37 (UTC+04:00)

Azərbaycan Premyer Liqası təmsilçiləri "Kəpəz"lə "Sumqayıt" yoxlama matçında üz-üzə gələcəklər. SİA Gəncə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, matç iyulun 31-də Qəbələdə keçiriləcək.

Görüşün başlama saatı hələ müəyyənləşməyib.