Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının daha da genişləndirilməsi müzakirə edilib - FOTO

23 İyul 2025 11:29 (UTC+04:00)

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyətinin Türkiyəyə səfəri davam edir. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfər çərçivəsində qardaş ölkənin Prezident Administrasiyasının Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün ilə görüş keçirilib.

“IDEF 2025” 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisi çərçivəsində keçirilən görüşdə dostluq, qardaşlıq və strateji müttəfiqliyə əsaslanan Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının daha da genişləndirilməsinin ölkə başçılarının diqqət mərkəzində olduğu xüsusi vurğulanıb.

Görüş zamanı, həmçinin ölkələr arasında hərbi əlaqələrin inkişaf perspektivləri və maraq doğuran digər məsələlər müzakirə edilib.