Azərbaycan cüdoçuları Universiadada mübarizəyə başlayırlar

23 İyul 2025 11:07 (UTC+04:00)

Almaniyanın Reyn-Rur regionunda keçirilən Ümumdünya Yay Universiadasında Azərbaycan təmsilçiləri bu gün 7 idman növü üzrə mübarizə aparacaqlar. SİA xəbər verir ki, idmançılarımız cüdo, taekvondo üzrə qarışıq komanda, kamandan oxatma, badminton, atletika, üzgüçülük və çimərlik voleybolu yarışlarında qüvvələrini sınayacaqlar.

Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Bədii gimnastika üzrə qrup hərəkətləri komandası iki qızıl və bir gümüş mükafat əldə edib.