Gəncədə iki nəfər bıçaqlanıb

23 İyul 2025 06:13 (UTC+04:00)

Gəncədə bıçaqlanma hadisəsi baş verib. SİA-nın məlumatına görə, 1993-cü il təvəllüdlü Vüqar Qazıyev və onun qardaşı 1999-cu il təvəllüdlü Dilsuz Qazıyev bıçaq yarası ilə xəstəxanaya yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir.

Hadisə ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma başlanılıb.