Türkiyə-Azərbaycan Universiteti modeli dünyada uğurla tətbiq edilir - YÖK rəhbəri

23 İyul 2025 01:52 (UTC+04:00)

Müasir ali təhsil müəssisələri modeli dünyanın müxtəlif ölkələrində uğurla tətbiq olunur, onlardan birincisi də Türkiyə-Azərbaycan Universiteti oldu. Növbəti belə universitetin İordaniyada açılması planlaşdırılır. SİA xəbər verir ki, bu barədə Türkiyə Ali Təhsil Şurasının (YÖK) sədri Erol Özvar məlumat verib.

Onun sözlərinə görə, Türkiyə-İordaniya Universitetinin yaradılması ilə bağlı İordaniya Krallığının Ali Təhsil və Elmi Tədqiqatlar Nazirliyi ilə danışıqlar aparılıb və müzakirələrdən sonra müvafiq niyyət memorandumu imzalanıb.

YÖK rəhbəri Türkiyə-Azərbaycan Universiteti modelini “Türkiyə universitetlərinin dünyada nüfuzunun artırılması üçün mühüm fürsət” adlandırıb. E.Özvar onu da bildirib ki, Türkiyədə universitetlərə qəbul üçün vahid imtahan (TR YÖS) tezliklə dünyanın 100-ə yaxın ölkəsini əhatə edəcək.