Dəməşqdə Səudiyyə Ərəbistanı-Suriya investisiya forumu keçiriləcək

22 İyul 2025 23:42 (UTC+04:00)

Yaxın vaxtlarda Dəməşqdə Səudiyyə Ərəbistanı-Suriya investisiya forumu keçiriləcək.

SİA yerli mediaya istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanının İnvestisiya Nazirliyi tədbirdən əvvəl investorları qarşılıqlı səfərlər etməklə ölkələrinin əməkdaşlıq imkanlarını üzə çıxarmağa çağırıb. Nazirlik nümayəndə heyətlərinə səfər üçün vizaların verilməsinə başlandığını elan edib.

Səudiyyə tərəfi Suriyada fəaliyyət göstərmək istəyən sərmayədarlar üçün vörkşoplar keçirir.

Qeyd edək ki, bir müddət əvvəl Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin təsisçisi və direktorlar şurasının sədri Məhəmməd Əbunəyyanın rəhbərliyi ilə iş adamlarından ibarət nümayəndə heyəti Suriyada görüşlər keçirib, əməkdaşlıq imkanları müzakirə olunub.