“Kəpəz” gürcüstanlı futbolçunu transfer edib

22 İyul 2025 21:59 (UTC+04:00)

Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən “Kəpəz” daha bir futbolçu ilə güclənib.

SİA-nın məlumatına görə, klubdan bildirilib ki, gürcüstanlı Otar Aptsiauri Gəncə təmsilçisinin şərəfini qoruyacaq. 23 yaşlı oyunçu ilə 1 illik müqavilə imzalanıb.

Yarımmüdafiəçi mövqeyində çıxış edən futbolçu karyerasında ilk dəfə legioner həyatı yaşayır. Onun son klubu vətənində "Dinamo" Tbilisi olub.