Çoxlu görüşlər keçirmək mümkündür. Reuters xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Çinə potensial səfəri çərçivəsində Rusiya lideri Vladimir Putinlə danışıqların mümkünlüyünü belə şərh edib.
...Bizim çoxlu görüşlərimiz ola bilər, biz qərar verəcəyik, - Amerika lideri müvafiq suala cavab verib.
Tramp həmçinin bildirib ki, Çin prezidenti Si Cinpinin onu Çinə səfərə dəvət edib.
Ağ Ev rəhbəri onunla “yaxın gələcəkdə” görüşəcəyini vəd edib.
İyulun 18-də “The Times” qəzeti Vladimir Putin, Donald Tramp və Si Cinpinin sentyabrın əvvəlində Çində görüşə biləcəyini yazıb.
Nəşrin məlumatına görə, liderlərin Pekinə səfəri sentyabrın 3-də Tiananmen meydanında paradla qeyd olunacaq İkinci Dünya Müharibəsinin başa çatmasının 80-ci ildönümünə təsadüf edə bilər.
Əli Babayev