...Kornell Universitetinin alimləri belə nəticəyə gəliblər ki, Kainat bütün kosmik cisimlərin super-kiçik təklik tərəfindən udulacağı böyük sıxılma nəticəsində öz varlığına son qoyacaq.
Tədqiqatçıların fikrincə, kainat gec-tez genişlənməyi dayandıracaq və bütün maddələr yenidən bir nöqtədə toplanacaq.
SİA-nın məlumatına görə, mütəxəssislər bu qlobal prosesin 11 milyard ildən sonra başlayacağını və daha 8,5 milyard il davam edəcəyini dəqiqləşdiriblər.
Çətin ki, hər hansı bir fərqli dəyişiklik müşahidə edəcəyik. Bununla belə, xəbərdarlıq əlamətlərindən biri kosmik temperaturun yüksəlməsi olacaq.
...“New York Post” xəbər verir ki, bir neçə milyard ildən sonra Kainatın bütün əsas göy cisimləri də daxil olmaqla Günəşin səthi ilə eyni temperatura sahib olması tamamilə mümkündür. Kosmos bütün dünya alimlərinin açmağa çalışdığı bir çox sirləri saxlayır.
Böyük Britaniyadan olan astronomlar Yerə dərin kosmosdan gəlib çatmış müşahidələr tarixində ən güclü şok dalğalarından birini qeyd edə biliblər.
Ən güclü zərbə dalğası qalaktikaların normal qarşılıqlı təsiri nəticəsində yaranıb ki, bu da toqquşma və ya “cannibalizm” adlandırıla bilər.
Nazlı Almuradova