"Səbail" Premyer Liqa klubundan ayrılan futbolçunu transfer edib

22 İyul 2025 15:28 (UTC+04:00)

Yeni mövsümdə I Liqada iştirak edəcək "Səbail" Premyer Liqa klubu "Kəpəz"dən ayrılan futbolçunu transfer edib. Klubdan SİA-ya verilən məlumata görə, "dənizçilər" Nicat Süleymanovla 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, "Səbail" daha əvvəl kapitanı Yusif Nəbiyevi heyətdə saxlayaraq onunla "1+2" illik sözləşmə bağlayıb.