Goranboyda 75 yaşlı qadını ilan sancıb

22 İyul 2025 14:14 (UTC+04:00)

Goranboy sakinini ilan sancıb. SİA-nın məlumatına görə, hadisə rayonun Qərvənd kəndində qeydə alınıb.

Kənd sakini 1950-ci il təvəllüdlü Z. Məhyəddinovanı həyətdə işləyərkən ilan sancıb. O, xəstəxanaya yerləşdirilib, ona ilan zəhəri əleyhinə zərdab vurulub.Vəziyyətinin orta ağır olduğu bildirilir.