Sabunçuda evdə yanğın olub

22 İyul 2025 12:52 (UTC+04:00)

Sabunçu rayonunda yaşayış evində yanğın olub. Bu barədə SİA-ya FHN-dən məlumat verilib.

Bildirilib ki, rayonda bir dam altında tikilən, iki ailənin yaşadığı ümumi sahəsi 170 m² olan birmərtəbəli evlərdən sahəsi 100 m² olan dörd otaqlı evin 2 otağının yanar konstruksiyaları 40 m² sahədə yanıb. Evin qalan hissəsi və digər ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.