Ceyhun Bayramov Gürcüstanda səfərdədir

22 İyul 2025 10:28 (UTC+04:00)

Xarici işlər naziri Ceyhun Bayramov Gürcüstanda səfərdədir. SİA xəbər verir ki, nazir Tbilisidə gürcüstanlı həmkarı Maka Boçorişvili ilə görüşəcək.

XİN başçıları görüşdən sonra mətbuata birgə açıqlama ilə çıxış edəcəklər.

Ceyhun Bayramov gün ərzində Gürcüstan parlamentində də görüşlər keçirəcək.