Əmtəə bazarlarında qızıl 3400 dollar səviyyəsində ticarət olunur

22 İyul 2025 09:56 (UTC+04:00)

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti azalıb. SİA birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə avqust fyuçerslərinin qiyməti 0,39% dolları azalaraq 3 400,5 ABŞ dollarına bərabər olub.

COMEX-də gümüşün bir unsiyası üzrə sentyabr fyuçerslərinin qiyməti isə 0,61% azalaraq 39,1 ABŞ dolları olub.