Xırdalanda fəhlə 3-cü mərtəbədən yıxılaraq ölüb

22 İyul 2025 09:50 (UTC+04:00)

Xırdalanda fəhlə 3-cü mərtəbədən yıxılaraq ölüb. SİA xəbər verir ki, 1996-cı il təvəllüdlü Nastakalov Anar İsa oğlu fəhlə işlədiyi tikilməkdə olan çoxmərtəbəli binanın 3-cü mərtəbəsindən yıxılaraq ölüb.

Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.