Azərbaycan bilyardçısı Avropa çempionatında tarixi nailiyyətə imza atıb

22 İyul 2025 09:30 (UTC+04:00)

Azərbaycan bilyardçısı Seymur Məmmədov Avropa çempionatında tarixi nailiyyətə imza atıb. Bu barədə SİA-ya Bilyard Federasiyasından (ABF) məlumat verilib.

Həm də ABF-nin prezidenti olan S.Məmmədov Gürcüstanın Batumi şəhərində keçirilən yarışda ikinci yeri tutub.

Qeyd edək ki, Avropa çempionatında 16 ölkədən 115 bilyardçı mübarizə aparıb.