“Mançester Yunayted”dən 75 milyonluq transfer

22 İyul 2025 08:04 (UTC+04:00)

İngiltərə təmsilçisi “Mançester Yunayted” “Brentford”un futbolçusu Brayan Mbömonu transfer edib. SİA xəbər verir ki, bu barədə “qırmızı şeytanlar”ın mətbuat xidməti məlumat yayıb.

25 yaşlı hücumçu ilə “5+1” illik müqavilə imzalanıb. Transfer Mançester klubuna 75 milyon avroya başa gəlib. Kamerun millisinin üzvü 2024/2025 mövsümündə “Brentford”da 42 matçda 20 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2019-cu ildən İngiltərə klubunda çıxış edirdi.