"Quruluş Osman"da şok ayrılıq

22 İyul 2025 06:08 (UTC+04:00)

"Atv" kanalında yayımlanan məşhur "Quruluş Osman" serialında ayrılıq yaşanacaq. SİA xəbər verir ki, aktyor Burak Özçivit layihənin 6-cı mövsümündə yer almayacaq. Serialın ilk bölümündə aktyorun yaşlı halı nümayiş olunacaq. İddialara görə, Özçivit hər bölüm üçün 4 milyon lirə məvacib tələb edib, qarşı tərəf isə razılaşmadığı üçün müqavilə imzalanmayıb.