17 yaşlı idmançı faciəli şəkildə öldü

22 İyul 2025 04:10 (UTC+04:00)

İspan motosiklet yarışçısı Pau Alsina məşq zamanı dünyasını dəyişib. SİA xəbər verir ki, bu barədə “Regio7” məlumat yayıb. Faciə şənbə günü səhər saatlarında Saraqosada trasda baş verib. Yarış zamanı 17 yaşlı idmançı motosikletdən yıxılıb və başı yerə çırpılıb. Gənc xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Alsina “Estrella Galicia” komandası üçün “JuniorGP” yarışmasında iştirak edib.