Türkiyə və İranın XİN rəhbərləri bölgədəki son vəziyyəti müzakirə ediblər

22 İyul 2025 02:23 (UTC+04:00)

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə iranlı həmkarı Abbas Əraqçi arasında telefon danışığı baş tutub. SİA xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.

Danışıq zamanı Qəzzadakı humanitar vəziyyət, Suriyadakı son hadisələr, eləcə də cümə günü İstanbulda keçirilməsi nəzərdə tutulan nüvə danışıqları müzakirə olunub.