Slovakiya Rusiyadan qaz idxalını artırmaq niyyətindədir

21 İyul 2025 23:45 (UTC+04:00)

Slovakiya Avropa İttifaqının tətbiq etdiyi güzəştlər çərçivəsində Rusiyadan qaz tədarükünü artırmaq niyyətindədir.

SİA-nın məlumatına görə, dövlət nəzarətində olan "Slovensky plynarensky priemysel (SPP)enerji şirkəti 2026-cı ildən etibarən bütün tələbatı məhz Rusiyadan idxal edilən qaz hesabına qarşılamağı planlaşdırır.