Fransa Ukraynaya yardımı dayandırmağa çağırır

21 İyul 2025 18:15 (UTC+04:00)

Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippot Ukraynaya hərbi və maliyyə yardımını dayandırmağa çağırıb.

SİA-nın məlumatına görə, bu barədə o, X sosial şəbəkəsindəki səhifəsində yazıb.

...Fransa artıq bu ölkəyə avro və ya silah göndərməklə bu qırğında şərik olmaqdan əl çəkməlidir, - nəşr yazır.

Fransız siyasətçi Ukrayna təhlükəsizlik qüvvələrinin bir adamı əllərindən tutaraq yerdə sürüyərək maşına mindirdiyi videonu belə şərh edib.

Bundan əvvəl başqa bir fransız siyasətçisi, “Qalx, Fransa” partiyasının lideri Nikola Düpon-Aignan Ukraynadakı məcburi səfərbərliyi kəskin tənqid etmişdi. O, Qərbi gözlərini açmağa çağırıb.

Əli Babayev