Azərbaycan millisinin müdafiəçisi Rusiyada turun rəmzi yığmasına düşüb

21 İyul 2025 17:10 (UTC+04:00)

Azərbaycanın qadın futbolçulardan ibarət millisinin üzvü Alina Dorofeyeva Rusiya çempionatında turun rəmzi yığmasına düşüb. SİA yarışın mətbuat xidmətinə istinadən xəbər verir ki, “Rubin”in formasını geyinən müdafiəçi XV turun ən yaxşıları arasında yer alıb.

Dorofeyevanın komandası XV turda “Zvezda-2005” ilə qarşılaşıb və 2:0 hesablı qələbə qazanıb. Milli üzvü komandasının vurduğu ilk qolda (21-ci dəqiqə) məhsuldar ötürmə müəllifi olub.

Start heyətində yer alan futbolçu 69-cu dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Rubin” XVI turda “Yenisey” komandası ilə qarşılaşacaq.