Regionun maraqlarını təmin edən MÖVCUD GEOSİYASİ VƏZİYYƏT - TƏHLİL

21 İyul 2025 15:59 (UTC+04:00)

Bütün dünyanın gözü önündə Qafqaz kəskin şəkildə dəyişir və yeni reallıqları hər kəs qəbul etməkdədir. Sözsüz ki, 44 günlük müharibə və Azərbaycanın mükəmməl qələbəsinə qədər Qafqazı məhz təkcə xüsusi maraqları deyil, Rusiyanın prioritet təsir dairəsi adlandırmaq olardı, amma indi belə bir fikrə də düşmək mümkün deyil. Hazırda hansısa müstəsna təsirləri istər xarici oyunçular, istərsə də region ölkələrinin özləri belə qətiyyən qəbul etmirlər. Hansısa manevrlər üçün imkanın belə olmadığı göz önündədir və dəyişən regional geosiyasi dizayn tamamilə fərqlidir. Fərqli olan məhz Cənubi Qafqazda mövcud geosiyasi vəziyyətdir...

Müşahidə edilən kardinal geosiyasi dəyişikliklər regional nizamın keyfiyyətcə yeni mərhələyə transformasiya olunduğunu isbatlayır

Tarixə ekskursiya etdiyimiz zaman görürük ki, Cənubi Qafqaz ənənəvi olaraq, bütövlükdə Avrasiyanın hər dövrdə diqqət mərkəzində, maraq dairəsində olan ən dinamik regionlarından olub. Hətta SSRİ dövründə belə Qafqaz diqqət mərkəzində saxlanılıb. Kremlin Cənubi Qafqaza marağı ümuniyyətlə təkzib edilə bilməz, çünki tarixi faktlar təkzibedilməzdir. Bu təkzibedilməz faktları elə Sovetlər dönəmində Avropa ölkələri də görürdülər və bəlkə də Qafqaza burun soxmaqda ehtiyat etmələri də bu səbəbdən olub. Amma bu demək deyildi ki, Qafqaz avropalıların maraq dairəsindən kənarda qalıb. Əsla. Hər bir halda, Cənubi Qafqaz ölkələri, həmin ərazilərin resursları maraq doğurub və bu barədə də dünya ictimaiyyəti məlumatlıdır.

Görünən odur ki, Qafqaz uğrunda nə qədər mübarizə aparılsa da, dövrümüzdə bunun, bu mübarizənin kimlər üçünsə faydalı olacağının mümkünsüzlüyü bəlli olub. Məsələ burasındadır ki, 2020-ci ildən 2025-ci ilə qədər olan dövrdə Cənubi Qafqazda geosiyasi dəyişikliklərin sayı həddindən artıq çoxdur və bunu elə hamı yaxşıca görür və hansısa xam xəyalların mənasız olduğu günümüzün reallığıdır. Hər kəs artıq şahidi oldu ki, regionda olan münaqişə və müharibə zamanı nə qədər təsir etməyə çalışıldısa da, bunun heç bir mənası olmadı. Avropanın məhz Fransa kimi bir ölkəsi belə nə qədər burun soxmağa, təsir etməyə, münaqişəni uzatmağa çalışsa da buna nail ola bilmədisə, deməli, digərləri üçün də bir dərs oldu. Dərs də o oldu ki, regionda hər şey nəzarət altındadır və regionda lider dövlət olan Azərbaycan hansısa müdaxilələrə imkan verməz. Bunu məhz son zamanların reallıqları, geosiyasi dəyişikliklər ortaya qoydu. Bir sözlə, Cənubi Qafqazda bir-birinin ardınca müşahidə edilən geosiyasi dəyişikliklər, özü də kardinal dəyişikliklər regional nizamın keyfiyyətcə yeni mərhələyə transformasiya olunduğunu isbatlayır.

Regionda yaranan və hesablaşılan yeni güc balansı

Ən qısa müddət ərzində hərbi-siyasi status-kvonun iki dəfə dəyişdiyini də hər kəs izlədi. İkinci Qarabağ müharibəsi, Azərbaycanın mükəmməl qələbəsi ilə bitən 44 günlük müharibə məhz 26 ildir mövcud olan qüvvələr balansını kökündən dəyişdi. Hətta pozdu. Bu məsələnin əhəmiyyəti vahid etnosiyasi münaqişənin həllindən də böyükdür. Bunun əhəmiyyəti təkcə Azərbaycanın keçmiş məğlubiyyətlərinin qisasını alaraq, itirilmiş ərazilərinə nəzarəti bərpa etməkdən ibarət deyil. Əvvəla, regionda sabitlik üçün əsaslı zəmin yaradıldı. Cənubi Qafqaz məhz region ölkələrinin özlərinin nəzarəti altında olmağa başladı. Yəni, bölgədə sabitlik, stabillik son dərəcə möhkəmləndirildi. Digər tərəfdən də Türkiyənin bu müharibədə siyasi dəstək ifadə etməsinin ardınca məhz Türk Dövlətləri Təşkilatının fəallaşmasında, güclərin birləşdirilməsində əvəzsiz töhvə oldu. Bu isə o deməkdir ki, regiona burun soxmaq istəyən qüvvələr burada Türkiyə-Azərbaycan tandemini nəzərə almaq məcburiyyətindədirlər. Nəinki nəzərə almaq, həttə bundan çəkinmək məcburiyyətində olduqlarının fərqində olanlar kifayət qədərdir və bu da regionda, Cənubi Qafqazda sabirlik, stabilli, sülh və əminamanlı üçün töhvə deməkdir. Daha dəqiq desək, mövcud geosiyasi vəziyyət regionda yaranan və hesablaşılan yeni güc balansı ilə bağlı kifayət qədər təsirli və yetərli xatırlatmadır.

Bəli, 2023-cü ilin sentyabrında Azərbaycan Dağlıq Qarabağ ərazisi üzərində tam suverenlik bərqərar etdi və ərazi bütövlüyünü tam təmin etməklə mövcud geosiyasi vəziyyəti təyin etdi, dəyişdirdi. Eyni zamanda, qeyd olunduğu kimi, Türkiyə-Azərbaycan tandemi fonunda Türkiyənin regionda təsirinin güclənməsi fonunda diplomatik mənzərə də fərqli oldu. İndi təkcə region ölkələri deyil, İran və Rusiyanın timsalında qonşu ölkələr belə öz hesablarını aparmaqdadırlar. Bir zamanlar mövcud olan, artıq keçmişdə qalan münaqişənin həllinə guya mükəlləf olan, əslində isə, heç bir iş görməyən, yalnız münaqişəni uzatmağa çalışaraq, Qafqazda mövcudluğunu qorumağa çalışan ATƏT kimi bir qurum belə oyundan kənar vəziyyətdə qaldığının artıq fərqindədir. Bütövlükdə Avropa, Qərb ölkələri artıq çox şeyin fərqindədirlər və əsas da onun fərqindədirlər ki, Qafqazda vəziyyət heç də əvvəlki kimi, istədikləri şəkildə deyil və həqiqətən də mövcud geosiyasi vəziyyət region ölkələrinin maraqlarını təmin edir...