Sumqayıtda sənaye müəssisəsində çilingəri elektrik cərəyanı vurub

21 İyul 2025 13:41 (UTC+04:00)

Sumqayıt şəhər sakini, 1998-ci il təvəllüdlü İsmayılov Orxan Bəşir oğlunu işlədiyi sənaye müəssisəsində elektrik cərəyanı vurub. SİA xəbər verir ki, hadisə şəhərin 76-cı məhəllə ərazisində yerləşən müəssisədə qeydə alınıb.

Nəticədə elektrik çilingəri kimi fəaliyyət göstərən Orxan İsmayılov müxtəlif dərəcəli termiki yanıq xəsarətləri alıb. Yaralı dərhal xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.