Biləsuvar və Cəlilabadda elektrik enerjisinin verilişi bərpa olunub

21 İyul 2025 12:25 (UTC+04:00)

Biləsuvar və Cəlilabadda elektrik enerjisinin verilişində yaranan fasilə aradan qaldırılıb. SİA-nın məlumatına görə, Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) bir sıra ərazilərini əhatə edən 110 kV-luq "Cəlilabad" hava xəttində təmir işləri ilə əlaqədar fasilə yaranmışdı.

Bununla əlaqədar Biləsuvarın Ağalıkənd, Amankənd, Dərvişli, Ovçubərə, Təzəkənd, Yuxarı Cürəli, Cəlilabadın Alar, Günəşli, Sabirabad kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranmışdı.