Azərbaycanda 3 sığorta agentinin lisenziyası ləğv edilib

21 İyul 2025 12:15 (UTC+04:00)

Azərbaycan Mərkəzi Bankı 3 fiziki şəxsə verdiyi sığorta agenti lisenziyasını ləğv edib. SİA bu barədə tənzimləyici quruma istinadən xəbər verir.

Bununla bağlı qərar iyulun 17-də "Sığorta fəaliyyəti haqqında” qanuna əsasən qəbul olunub.