Peşə təhsili üzrə yeni təhsil islahatı hazırlanır

21 İyul 2025 11:56 (UTC+04:00)

Peşə təhsili üzrə yeni təhsil islahatı hazırlanır. SİA xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov peşə təhsili üzrə tələbə qəbulu ilə bağlı keçirilən brifinqdə deyib.

O bildirib ki, bu islahatın həyata keçirilməsi ilə artıq bir sıra yeni ixtisaslar üzrə qəbullar aparılacaq, bəziləri isə tamamilə qəbuldan çıxarılacaq:

"Bəzi ixtisaslar üzrə qəbulun dayandırılma səbəbi həmin ixtisaslara tələbatın az olması ilə əlaqədardır".