İranda partlayış olub - 13 yaralı var

21 İyul 2025 11:07 (UTC+04:00)

İranın şimalındakı Gilan əyalətinin Rəşt şəhərində küçədə baş verən partlayışda 13 nəfər yaralanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, partlayış nəticəsində dil tədris mərkəzinə, zərgərlik mağazasına, park edilmiş avtomobillərə və yaxınlıqdakı bir neçə mağazaya ziyan dəyib.

Rəşt Yanğından Mühafizə İdarəsi hadisə ilə bağlı açıqlama yayıb və ilkin məlumata görə, partlayışın qaz sızması nəticəsində baş verdiyi və 13 nəfərin yaralandığı bildirilib. Rəşt Baş Prokurorluğunun məlumatına görə, partlayış küçədəki zərgərlik mağazasında baş verib və itki yoxdur.