Sabah pensiyalar tam ödəniləcək

21 İyul 2025 10:57 (UTC+04:00)

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu sabah respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılmasını nəzərdə tutub. SİA xəbər verir ki, bu barədə fond məlumat yayıb.

Həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.