Türkiyədə ağır qəza olub - 3 nəfər öldü, çox sayda yaralı var

21 İyul 2025 05:14 (UTC+04:00)

Türkiyənin Sivas vilayətinin İmranlı rayonunda, Kızıldağ aşırımı ərazisində sərnişin avtobusu qəzaya uğrayıb. SİA xəbər verir ki, qəza nəticəsində 3 nəfər həyatını itirib, 24 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Hadisəyə avtobus sürücüsünün idarəetməni itirməsi səbəb olub. Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Hadisə ilə bağlı araşdırma aparılır.