"Sumqayıt" daha bir futbolçusu ilə yollarını ayırdı

21 İyul 2025 03:18 (UTC+04:00)

"Sumqayıt" klubu daha bir futbolçusu ilə vidalaşıb. SİA xəbər verir ki, müqavilə müddəti başa çatan müdafiəçi Sərtan Taşkınla yollar ayrılıb. Klub futbolçuya göstərdiyi xidmətlərə görə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, "Sumqayıt" klubu bundan əvvəl daha dörd futbolçusu ilə də yollarını ayırıb.