İsrailin baş naziri Benyamin Netanyahu iyulun 20-nə keçən gecə özünü pis hiss edib və müayinədən sonra həkimlər onun bağırsaqlarında iltihab olduğunu aşkar ediblər.
SİA-nın məlumatına görə, bu barədə hökumət başçısının aparatı bildirib.
Onun sözlərinə görə, xəstəliyinə səbəb “xarab olmuş yemək yemək” olub.
...Əlavə müayinələrdən sonra Baş nazirin vəziyyətinin yaxşı olduğu müəyyən edilib. Hazırda o, xəstəliklə bağlı susuzlaşdırma nəticəsində itirilən mayeləri əvəz etmək üçün venadaxili müalicə alır, - mətndə qeyd edilir.
Həkimlərin göstərişinə uyğun olaraq, Netanyahu növbəti üç günü evdə keçirəcək və dövlət işlərini oradan idarə etməyə davam edəcək, kansriya bildirib.
Əli Babayev